“Azəristiliktəchizat” ASC-nin Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən başqa heç bir quruma borc yoxdur.
Report agentliyi xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfrasında “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev məlumat verib.
O, təmsil etdiyi qurum uzun fasilədən sonra ötən il mənfəətlə işləməsinə də münasibət bildirib: “15 ildən bəri yığılmış borclarımız bir dəfəyə bağlandığı üçün bu hesabatımızda mənfəət kimi görünüb. Amma biz ziyanla işləyirik”.