Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.(Vergi Məcəlləsinə dəyişikliklər)
Müzakirələrdən sonra müvafiq qanun layihəsi I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
Hazırlanan layihədə sənəddə 154 maddə və yarımmaddə dəyişdiriləcək.
Dəyişikliklər aşağıdakı sahələrə aiddir:
Elektron vergi hesab-fakturanın ləğvi və əməliyyatın xarakterindən asılı olaraq müxtəlif növdə elektron qaimə-fakturaların tətbiqi üzrə – 33 maddədə.
ƏDV-nin hesablanması və ödənilməsində vahid yanaşmanın tətbiqi (kassa metodu) üzrə – 17 maddədə.
Bina tikintisində sadələşdirilmiş verginin ləğvi üzrə – 16 maddədə.
Yalan əqdlər və riskli vergi ödəyiciləri üzrə – 15 maddədə.
Aksiz dərəcələrinə yenidən baxılması üzrə – 12 maddədə.
Azadolmalar üzrə – 13 maddədə.
POS-terminalların quraşdırılmasına nəzarət və yeni nəsil nəzarət kassa aparatlarının tətbiqi üzrə – 4 maddədə.
Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi sahəsində təkmilləşmə üzrə – 3 maddədə.
Mərkəzləşdirilmiş qaydada uçotu alınma üzrə – 3 maddədə.
Tikinti şirtkətləri tərəfindən yaşayış və qeyri yaşayış sahələrindən dövlətə ayrılan hissədən vergitutma üzrə – 3 maddədə.
Transmilli Şirkətlər Qrupu üzrə hesabatlılıq üzrə – 2 maddədə.
Beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda digər dövlətin vergi orqanları ilə birgə yoxlamaların keçirilməsi üzrə – 2 maddədə.
Redaktə və dəqiqləşdirmə xarakterli – 31 maddədə.