16 C
Baku
Monday, May 6, 2024

SECO Cənubi Qafqaz ölkələri üzrə 4 illik strateji plan hazırlayıb

İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) Cənubi Qafqaz ölkələri üzrə 4 illik (2021-2024) strateji plan hazırlayıb.

Bunu SECO-nun Cənubi Qafqaz üzrə yeni regional direktoru xanım Daniyel Myuli Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və SECO-nun digər rəsmilərindən ibarət nümayəndə heyəti ilə baş tutan görüşündə deyib.

Bundan əlavə, D. Myuli SECO-nun dəstək göstərə biləcəyi sahələr üzrə Palatanın təkliflərinin təqdim edilməsini xahiş edib.

Qeyd edək ki, görüş zamanı İsveçrə-Azərbaycan əlaqələri, SECO-nun maliyyə sektoru üzrə islahatlara verdiyi dəstək, həmçinin Palata və SECO arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

©APA-Economics

Son xəbərlər
 ⁠
Digər xəbərlər