15 noyabr 2019-cu il tarixində tarixində Bakı Fond Birjasında (BFB) “Paşa Yatırım Bankası”Anonim şirkətinin (Türkiyə) 2 (iki) müxtəlif buraxılışlı istiqrazları əsas bazar seqmentində listinqə daxil edilmiş və 18 noyabr 2019-cu il tarixində təkrar bazarda ticarətinə başlanılacaqdır.
İstiqrazlar haqqında məlumatlar aşağıda qeyd olunmuşdur:
Qiymətli kağızın ISIN kodu | AZ2003020172 | AZ2002020173 |
İstiqrazın növü | faizli, təmin olunmamış | faizli, təmin olunmamış |
Emissiya həcmi | 25 000 000 USD | 25 000 000 USD |
Nominal dəyəri | 1000 USD | 1000 USD |
Faiz ödənişləri müddəti | Hər kvartalda bir | Hər ayda bir |
Faiz gəliri | 2.95% | 2.95% |
Ödəmə tarixi | 17.04.2022 | 15.09.2021 |
Anderrayter | Paşa Kapital İŞ QSC | Paşa Kapital İŞ QSC |
Qeyd edək ki, “Paşa Yatırım Bankası”Anonim şirkətinin istiqrazları ilk dəfə olaraq 13 avqust 2018-ci ildə BFB-də əsas bazar seqmentində listinqə alınmışdır.