-1 C
Baku
Sunday, December 15, 2024

2019-cu ilin III rübündə ən çox satılan smartfonların TOP 5-liyi

 

“International Data Corporation” (IDC) analitik şirkəti tədqiqat apararaq III hesabat rübündə ən çox smartfon satan şirkətləri müəyyən edib.

Beləliklə, III rübdə ən çox smartfon satan liderlərin TOP-5-ni təqdim edirik.

1. “Samsung”

 

Cənubi Koreyanın smartfon istehsalçısı “Samsung” şirkəti 2019-cu ilin III kvartalında əvvəlki rübdə olduğu kimi, smartfonların dünya üzrə tədarükü üzrə lider olub.  Belə ki, o, “International Data Corporation” (IDC) analitik şirkətinin araşdırmalarına əsasən, illik ifadədə 8,3% çox, 78,2 milyon ədəd smartfon tədarük edib.

Smartfon bazarında “Samsung”un payı bir il əvvəlki 20,3%-dən 21,8% – ə qədər artıb.

2. “Huawei”

Təchizat həcminə görə ikinci yeri tutan Çinin “Huawei” şirkəti üç hesabat ayı ərzində 66,6 milyon smartfon (illik artım 28,2%) tədarük edib. Onun bazarda payı bir il əvvəlki14,6%-dən 18,6%-a yüksəlib.

Bir çox beynəlxalq bazarlarda problemlərə baxmayaraq, “Huawei” III rübdə Çində mövqeyini ikiqat artırıb. Araşdırmada deyilir ki, “Huawei”in problemlərindən A seriyasının tədarükünün həcmini artırmaqla ən çox “Samsung” qazanıb.

3. “Apple”

ABŞ-ın “Apple” korporasiyası dünya üzrə tədarük həcminə görə üçüncü yeri tutub. Belə ki, o, üç hesabat ayı ərzində 46,6 mln.smartfon (illik ifadədə 0,6% azalma) tədarük edib, bazarda onun payı ötən ilin 13,2%  səviyyəsindən 13%-ə qədər azalıb.

4. OPPO

OPPO şirkəti tədarükü illik ifadədə 4,1% artıraraq, 31,2 milyon smartfon satıb (bazarda payı bir il əvvəlki 8,4%-dən  8,7%-ə çatıb).

Araşdırmada qeyd olunur ki, 2019-cu ilin III rübündə smartfonların ümumi dünya üzrə tədarükü illik ifadədə 0,8% artaraq 358,3 milyon ədədə çatıb.

5. “Xiaomi”

“Xiaomi” şirkəti illik ifadədə tədarükü 3,3% olmaqla 32,7 milyon smartfona qədər azaldıb. Onun bazar payı bir il əvvəlki 9,5%-dən 9,1%-ə qədər azalıb.                          © Oxu.az 

Son xəbərlər
Digər xəbərlər