10 C
Baku
Thursday, December 12, 2024

“Morgan Stanley” qlobal artım tempinin 2020-ci ildə bərpa olacağını proqnozlaşdırır

Bank mütəxəssisləri ticarət gərginliyinin azalacağını proqnozlaşdırırlar ki, bu da mərkəzi bankların pul siyasətinin effektivliyini artıracaq.

“Morgan Stanley” analitikləri qlobal artım tempinin 2020-ci ilin birinci rübündə bərpa olacağını proqnozlaşdırırlar. Onların fikrincə, bu prosesdə aparıcı rol ABŞ və Çin arasındakı münasibətlər, habelə ticarət müharibəsi oynayacaq.

“Ticarət gərginliyinin zəifləməsi (qlobal tənəzzülün əsas amili), biznesin qeyri-müəyyənliyini azaldaraq mərkəzi bankların pul siyasəti təşviqlərini daha təsirli edəcək”, – deyə “Morgan Stanley” bankının analitikləri 2020-ci il üçün qlobal proqnozlarında qeyd edirlər. Gələn il qlobal iqtisadiyyatın 3,2% artacağı gözlənilir. Xatırladaq ki, 2019-cu ildə bu rəqəm cəmi 3% təşkil etmişdir.

Müsbət proqnozlara baxmayaraq, mütəxəssislərin fikrincə ABŞ və Çin arasında gedən ticarət müharibəsi bu proseslərə təsir göstərən əsas amillərdən biri olacaq. Donald Tramp administrasiyasının hazırladığı tariflər paketi planlaşdırıldığı kimi dekabrın 15-də qüvvəyə minsə, cari ilin dördüncü rübündə qlobal artım tempi 2,8%-dək azalacaq. Hazırda tərəflər arasında danışıqlar aparılır.

Qeyd edək ki, daha əvvəl Tramp Çinə münasibətdə tətbiq etdiyi tarifləri ləğv etmək niyyətində olmadığını bildirmişdir.

Son xəbərlər
Digər xəbərlər