2 C
Baku
Saturday, December 14, 2024

Banka borcu olan şirkətin 1 mln. manatlıq kolbasa sexi hərraca çıxarılıb

Ləğv edilmiş “Dəmir Bank” ASC  borc müqabilində “Elba” MMC-nin mülkiyyətində olan Gəncə şəhəri Kəpəz rayonu ərazisindəki əmlak kompleksini hərraca çıxarıblar. Bu əmlak kompleksi adıçəkilən şirkətin kolbasa sexi kimi fəaliyyət göstərir.

Banker.az-ın əldə etdiyi məlumata görə hərraca çıxarılan bu kompleksin dəyəri 900 min manat təşkil edir.

Qeyd edək ki, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsində 87 ünvanda istifadədə olan 0,1354 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2089 kv.m olan sahəni əhatə edir.

Son xəbərlər
Digər xəbərlər