Tacikistan yaxın 3 il ərzində mərhələli şəkildə xarici ölkələrdən 1 milyard dollar kredit alacaq.
Hazırda ölkənin xarici borcu 2,9 milyard dollar təşkil edir. Əgər bu rəqəmi Tacikistan vətəndaşlarının sayına bölsək, onda hər nəfərin 318 dollar xarici borcu var.
Bildirilir ki, Tacikistan ən çox Çindən kredit alıb. Tacikistanın bu ölkəyə borcu 1 milyard 525 milyon dollardır. Çindən alınan vəsait əsasən infrastruktur layihələrinə və iqtisadiyyatın dirçəldilməsinə yönəldilib.
©Azərtac