7 C
Baku
Sunday, December 15, 2024

Hazır biznesin kreditə alınması

Ölkəmiz keçid iqtisadiyyatından bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar bu dövrdə sahibkarlıq sektoru geniş inkişaf etmişdir. Buna bir tərəfdən insanların tələbatı, bir tərəfdən açıq bazar iqtisadiyyatının mövcud olması digər tərəfdə isə insanların müəyyən ilkin kapitala malik olmasıdır. Belə ki, insanlar müəyyən kapitala malik olduqdan sonra əlavə gəlir mənbəyi kimi müəyyən bizneslə məşğul olur. Son zamanlar bu biznes əsasən iki istiqamətdə aparılır: xidmət sahəsi (restoran, kafe, bar, hüquqi və digər xidmət sahələri) və ticarət sahəsi (topdan və pərakəndə satış və s) ayrılır. İnsanlar bu bizneslərini daha ada böyütmək, zənginləşdirmək üçün əlavə kapitala ehtiyac duyurlar. Bu kapital da ilk növbədə ya digər şəxslərdən borc pul, sələm ya da ən yaxşı vasitə kimi banklardan kredit şəklində alınır.

Müştəri bankdan öz biznesini artırmaq üçün kredit sifariş edərsə və götürərsə bu biznes krediti adlanır. Son zamanlar kiçik biznes sahiblərinin biznes kreditinə tələbatının sürətlə artmasının şahidi oluruq. Bu həm banklarda biznes müştərilərinin çox olması, həm də bankın işçilərinin dayrektlərə çıxaraq müştəriləri məlumatlandırması və onlara öz bizneslərini artırmaq üçün bank vəsaitindən istifadə təklifini etməsidir. Əsasən biznes kreditləri maksimum 60 ay müddətinə verilir.

Biznes kreditləri əksər hallarda 2 məqsəd üçün götürülür və təyinatı 2 sahə üzrə aparılır:

  1. Əsas vəsaitlərin alınması məqsədi ilə götürülən biznes kreditləri
  2. Dövriyyə vəsaitləri artırılması məqsədi ilə götürülən biznes krediltəri

Bu sahələri ayrı ayrılıqda nəzərdən keçirək.

Belə ki, müştəri əsas vəsaitlərin alınması üçün biznes krediti sifariş verərsə onun məbləği müəyyən qədər çox, müddəti uzun və faizi isə nisbətən az olur.

Buna səbəb kimi əsas vəsait öz dəyərini xam malın üzərinə tədricən keçirir, ona görə bu zaman kredit minimum 12 ay müddətinə verilir. Lakin adəti üzrə 18 ay götürülür, bunun 12 ay olması müştəridən asılıdır. Müddət ona görə çox verilir ki, sahibkarın müəyyən gözlənilməz risklərinin qarşısını almaq mümkün üçün, vəsait tədricən köhnəldiyinə və öz dəyərini hissə-hissə məhsulun üzərinə keçirdiyinə görə, həmçinin ödənişdə problemin olmaması üçün müddət uzun götürülür. Lakin maksimum 5il müddətə verilir. (5 il müddətə veriləndə yüksək məbləğli biznes kreditləri olduqda)

Müştəri dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə biznes krediti sifariş verərsə, bu zaman məbləğ digər kreditə nisbətən az olacaq. Buna səbəb kimi dövriyyə vəsaitinin dövriyyə tezliyi yüksək olmasıdır. Budan başqa bu kreditdə faiz bir az yüksək müddətdə maksimum 24 ay olur.

Buna səbəb kimi dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə götürülən kreditlərdə biznesdə effektivlik maksimum 6 ay sonra görünür. Bunun üçün də bu məqsədlə götürülən kreditlərin müddəti az olur.

Müştəri banka biznes krediti sifariş verərkən

  1. Müştəri ilk əvvəl o hansı bizneslə məşğul olduğunu göstərməlidir
    2. Müştəri biznes ünvanını göstərməlidir
    3. Fərdi sahibkar kimi VÖEN (əgər varsa)
    4. Müştəri vergi bəyannamələrini təqdim etməlidir
    5. Müştəri öz dövriyyəsini, əsas və dövriyyə vəsaitlərini balansını təqdim etməlidir.
    6. Müştəri son 6 ay ərzində satışlarını göstərməlidir
    7. Müştəri son 6 ay ərzində əldə etdiyi gəliri göstərməlidir
    8. Götürəcəyi kreditin təyinatını bildirməlidir

Bunlarda sonra kredit mütəxəssisi müəyyən təhlil apararaq müştərinin nə dərəcədə kredit ödəmə qabiliyyətli olduğun aydınlaşdırır . Bundan sonra isə baxılır ki, müştəri sifariş verdiyi kredit məbləği üzrə ödəniş qabiliyyətli sayılır yoxsa yox. Əgər ödəniş qabiliyyətli sayılarsa, yəni mövcud təhlil zamanı müştərinin gəlirləri gələcəkdə götürəcəyi kreditin aylıq ödənişlərini ödəməyə imkan verərsə, bu halda sifariş üzrə kredit veriləcək. Yox əgər mövcud gəlirlər götürülən kreditin aylıq ödənişlərini ödəməyə imkan verməzsə, bu zaman ən yaxşı halda kreditin məbləği azaldılacaq və müvafiq olaraq hansı məbləğə kimi ödəmə qabiliyyətli sayılırsa o məbləğdə kredit müştəriyə veriləcək. Ən pis halda isə müştərinin sifarişinə imtina cavabı veriləcək.

Son xəbərlər
Digər xəbərlər