“NBC Bank” ASC standart bazar seqmentində listinqə daxil edilib.
Banker.az xəbər verir ki, “NBC Bank” ASC-nin səhmləri 19 noyabr 2019-cu il tarixində Bakı Fond Birjasının standart bazar seqmentində listinqə daxil edilib.
Xatırladaq ki, “NBC Bank” 1992-ci ildə “Ruzu” səhmdar kommersiya bankı kimi yaradılıb, 2002-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 64 milyon manatdır.