7 C
Baku
Thursday, December 12, 2024

Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri vitse-spiker vəzifəsindən rəsmən istefa verib

Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri vitse-spiker vəzifəsindən rəsmən istefa verib.

Z. Dzidziqurinin istefası ilə bağlı müraciət artıq parlamentin bürosuna təqdim olunub.

Z.Dzdidziquri ilə yanaşı digər sədr müaini Tamar Çuqoşvili, Xarici əlaqələr komitəsinin sədri Sofio Katsarava, Təhsil, elm və mədəniyyət komitəsinin sədri Mariam Caşi və Avrointeqrasiya komitəsinin sədri Tamar Xulordava da qanunverici orqanda tutduqları vəzifələrdən rəsmən istefa veriblər.

Hakim Gürcü Arzusu Partiyasının icraçı katibi İrakli Kobaxidze bildirib ki, parlamentdə boş qalan vəzifələrə təyinatlarla bağlı müzakirələr aparılır.

Onun sözlərinə görə, müvafiq qərarların gələn həftə qəbul ediləcəyi gözlənilir: “Mən parlamentdə heç bir vəzifə tutmayacağam. Partiyadakı fəaliyyətimlə məşğul olacağam”.

Qeyd edək ki, Gürcüstanda parlament çoxluğundan 12 deputat istefa verib. Buna səbəb noyabrın 14-də proporsional seçki sisteminə keçid barədə qanunun qəbul edilməməsi olub.

©Report

Son xəbərlər
Digər xəbərlər