Azərbaycan Prezidentinin 12 noyabr 2019-cu il tarixdəki sərəncamı ilə Yasamal Rayonu icra Başçısı təyin olunmuş 43 yaşlı Elşad Həsənov artıq kadr islahatına başlayıb.
Banker.az-ın əldə etdiyi məlumata görə, o, ilk olaraq öz köməkçisindən buna start verib.
Yasamal RİH-nin əvvəlki başçısı Əziz Əzizovun dönəmində başçıya köməkçi təyin olunan Ağayev Murad Əsgər oğlu vəzifəsindən kənarlaşdırılıb. Bu əmri yeni başçı E.Həsənov imzalayıb.
Hazırda onun yerinə heç bir təyinat olmayıb.
Qeyd edək ki, Elşad Həsənov icra başçısı vəsifəsinə qədər deputat idi.