Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 46 705,8 milyon manat təşkil edib.
Banker.az xəbər verir ki, bu barədə Report agentliyi Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% çoxdur.
Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə 6% artaraq 4 719,2 manata çatıb.