Britaniya Avropa Birliyindən çıxışı üçün hazırladığı xatirə dəmir pullarını əritməyə başlayıb.
“Bloomberg” xəbər verir ki, ümumilikdə bir milyona yaxın 50 pens dəyərində olan dəmir pul buraxılıb.
Onların üzərində “Brexit”in tarixi – 31 oktyabr 2019-cu il yazılıb. Britaniyanın Maliyyə nazirlyi “Brexit”in növbəti tarixinə də xatirə pulları buraxmaq niyyətindədir.
Xatırladaq ki, baş nazir Boris Consonun AB rəsmiləri ilə gəldiyi razılığa görə “Brexit” 2020-ci il yanvarın 31-də baş tutmalıdır.
©Oxu.az