2019-cu ilin oktyabr ayı üzrə aylıq inflyasiya 0,4% və illik isə 2,7% təşkil edib.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə üzrə ən çox inflyasiya səbəbi kənd təsərrüfatı məhsulları olub.
Belə ki, cari il ərzində ölkədə sənaye məhsullarının qiymət illik 10,1% ucuzlaşıb. Bu isə ümumi olaraq ölkədə istehlak qiymətlərini bir qədər “yumşaldan” rəqəmə çevrilib.
Lakin, əsas artım indeksinə təsir edən kənd təsərrüfatı məhsullarının 6,3%, nəqliyyat xidməti 0,3%, poçt kuryer xidmətləri 0,1% artıb. Rabitə xidmətlərinin qiyməti isə dəyişməz qalıb.
Qiymət indeksləri |
||
2019-cu ilin |
2019-cu ilin oktyabr ayı 2018-ci ilin oktyabr ayına nisbətən, % |
|
İstehlak qiymətləri indeksi |
0,4 |
2,7 |
Sənaye məhsullarının istehsalçı qiymət indeksi |
-3.7 |
-10,1 |
Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi |
0,9 |
6,3 |
Nəqliyyat xidmətlərinin qiymət indeksi |
0,0 |
0,3 |
Poçt və kuryer xidmətlərinin qiymət indeksi |
0,0 |
0,1 |
Rabitə xidmətlərinin qiymət indeksi |
0,0 |
0,0 |