17 C
Baku
Thursday, October 31, 2024

ASAN Beynəlxalq Assosiasiyasının Nizamnaməsi hazırlanıb

ASAN Beynəlxalq Assosiasiyasının Nizamnaməsi artıq hazırlanıb.

Bunu Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Onun sözlərinə görə, Nizamnamə təsisçi ölkələrə göndərilib: “Bu ilin dekabr ayında Azərbaycanda üzv ölkələr tərəfindən ASAN Beynəlxalq Assosiasiyasının Nizamnaməsinin təsdiq edilməsi ilə bağlı tədbir keçiriləcək. Bu istiqamətdə çox sürətli iş gedir. Nizamnamənin təsdiqindən sonra ASAN Beynəlxalq Assosiasiyası artıq beynəlxalq statuslu təşkilata çevriləcək. Bu, Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılmış təşkilatdır. Əsas məqsəd dövlət xidmətləri sahəsində uğurlu təcrübələrin təşviqi və digər ölkələrə tətbiqi olacaq. “ASAN Xidmət”in təşəbbüslə çıxış etməsi elə “ASAN Xidmət” modelinin digər ölkələrdə tətbiqinə şərait yaradacaq”.

Qeyd edək ki, ASAN Beynəlxalq Assosiasiyasının yaradılması ilə bağlı bu ilin iyununda Azərbaycanda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu zamanı 9 ölkə tərəfindən niyyət protokolu imzalanıb.

©APA

Son xəbərlər
Digər xəbərlər