“Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr genişdir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Yaxın günlərdə Azərbaycan-Rusiya regionlararası X yubiley forumunun keçiriləcəyini vurğulayan nazir bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi artır.
“2019-cu ilin 9 ayının nəticələri göstərir ki, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 20% artıb. Prezident İlham Əliyevin siyasəti nəticəsində inşa edilmiş müasir liman infrastrukturu, dəmir yolu şəbəkələri, logistika mərkəzlərinin daha çox fayda gətirməsi üçün Rusiya kimi böyük ölkə ilə əlaqələrimiz getdikcə daha dərinləşəcək”, – deyə M. Cabbarov vurğulayıb.
©APA