ABŞ-ın “Citigroup” maliyyə holdinqi bu ilin sonuna qədər dünya bazarında qızılın 1 unsiyasının qiyməti ilə bağlı proqnozunu 5,7% azaldaraq 1 575 ABŞ dollarından 1 485 dollara endirib.
Bu barədə xarici mətbuata istinadən xəbər verilir.
Bununla belə, holdinqin mütəxəssisləri ortamüddətli perspektivdə qızılın qiymətinin yenidən rekord həddə çatacağı qənaətindədir.
Xatırladaq ki, hazırda əmtəə birjalarında qızılın 1 unsiyası 1 470 dollara alınıb-satılır.
©Report