Azər-Türk Bank nağd vəsaitləri kart hesablarına qəbul edən, o cümlədən kredit kart borclarını ödəmək imkanı verən müasir tipli “Cash-in” bankomatını istifadəsinə verib.
Günün 24 saatı, həftənin 7 günü xidmət göstərən bu bankomat kommunal ödənişlərin və Azercell ödənişlərinin həyata keçirilməsini də təmin edir. “Cash-in” bankomatı Azər-Türk Bankın “Mərkəz” filialında (İslam Səfərli küç. 5) quraşdırılıb.
Bundan başqa Azər-Türk Bankın Sumqayıt şəhərində də yeni ATM-i istifadəyə verilib. Sumqayıt şəhəri Sülh küçəsi, 34 məhəllə 20/13 ünvanında yerləşən yeni ATM xidmət göstərəcək.
Daha ətraflı məlumat əldə etmək üçün (012) 945 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.