10 C
Baku
Thursday, December 12, 2024

ABB-nın törəmə strukturu 87 milyon dollarlıq istiqraz buraxacaq

Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyadakı törəmə”strukturu “ABB-Moskva” bankı bu il 3 milyard rublluq istiqraz buraxmaq niyyətindədir. Bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.

Bank ümumi nominal dəyəri 6 milyard rubl məbləğində kağızların iki buraxılışını kütləvi təklif üsulu ilə satmaq niyyətindədir.

Məlumatda bankın İdarə Heyətinin sədri Fuad Abdullayevə istinadən bildirilir: “2013-cü ildə keçirilən ilk istiqraz buraxılışının yerləşdirilməsi göstərdi ki, sərmayəçilər tərəfindən bankımızın istiqrazlarına böyük maraq mövcuddur. Bu ildə biz “ABB-Moskva”nın istiqrazlarına sərmayəçilər tərəfindən belə marağın olacağını gözləyirik”.

Son xəbərlər
Digər xəbərlər