9 C
Baku
Friday, December 13, 2024

“Uzbekneftegaz” və SOCAR müştərək müəssisə yaradır

“Uzbekneftegaz” və SOCAR Özbəkistandan Avropaya karbohidrogen tədarükü üçün ticari müştərək müəssisə yaratmağı planlaşdırırlar.

Bu barədə Daşkənddə “Uzbekneftegaz” rəhbərliyinin SOCAR, SOCAR Trading və Chemtrade şirkətlərinin nümayəndələri ilə görüşündə bildirilib.

Qeyd edək ki, tərəflər oktyabr ayında Özbəkistan şirkətinin rəhbərliyinin Bakıya səfəri zamanı əməkdaşlıq barədə razılığa gəlmişdilər. Görüşdə ticarət əməliyyatlarının aparılması üçün müştərək müəssisə yaradılması sahəsində perspektivli əməkdaşlığın istiqamətləri müzakirə edilmiş və yeni müştərək müəssisənin sürətlə qurulması üçün növbəti addımlar müəyyənləşdirilmişdi.

Birgə müəssisə Özbəkistanla birbaşa nəqliyyat dəhlizləri olmayan digər ölkələr kimi Avropanın ixrac bazarlarını inkişaf etdirməyə imkan verən “Uzbekneftegaz” üçün yeni bir istiqamət olacaq.

©APA

Son xəbərlər
Digər xəbərlər