ABŞ prezidenti Donald Tramp, bu palatada məhkəmə proseslərinin ədalətli olacağına inanır.
“Prezident Donald Tramp məhkəmə prosesinin Senatda keçirilməsinin istəyir. Onun fikrincə, yalnız bu halda hər şey ədalətli və konstitusiyaya uyğun olan qaydada keçəcək”, – deyə Ağ evin nümayəndəsi Hogan Gidley bildirib.
Bundan əlavə, Gidley Trampın məhkəmə prosesi zamanı əsas rəqibi olan Co Bayden və onun oğlu Hanter da daxil olmaqla, “korrupsiyada iştirak edən real şahidlərin” dəlillərini eşitmək istədiyini söyləyib.
Qeyd edildiyi kimi, impiçment məsələsinin Konqresin aşağı palatasında baxılmasının heç bir perspektivi yoxdur. Bununla yanaşı, Nümayəndələr Palatası impiçmentin leyhinə səs versə, məsələyə Senatın məhkəməsində baxılacaq.
Xatırladaq ki, Donald Trampa qarşı impiçment proseduru bu il sentyabrın 24-də başlamışdır. Bunun əsas səbəbi amerikan liderinin ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı zamanı ona təzyiq göstərməsi olub. Tramp “səlahiyyətlərindən sui-istifadə etməkdə” və siyasi səhnədən əsas rəqiblərindən birini sıxışdırmağa cəhd göstərməkdə ittiham olunmuşdur.