2 C
Baku
Saturday, December 14, 2024

Dövlət Agentliyi Süni intellekt üzrə Komitənin Bürosunda təmsil olunacaq

18-20 noyabr 2019-cu il tarixində Fransanın Strasburq şəhərində Avropa Şurasının Nazirlər Komitəsinin Süni intellekt üzrə Komitəsinin (CAHAI) ilk plenar iclası keçirilib. Əsas mövzu yüksək texnologiyaların insan hüquqlarının qorunmasında rolu, süni intellektin bu sahəyə təsiri, elektron idarəçilik,  hüquqi çərçivənin hazırlanması ilə bağlı Komitənin işi olub. İclasda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov iştirak edib.

Beynəlxalq təşkilatların, Avropa Şurasına üzv 47 dövlətin iştirakçısına “ASAN xidmət”, həyata keçirilən sünki intellekt layihələri, o cümlədən “ASAN chat bot”, “ASAN Viza” sorğularında aparılan analizlər barədə məlumat verilib. Həmçinin Azərbaycanda rəqəmsal hökumət istiqamətində aparılan işlər, süni intellekt vasitəsilə dövlət xidmətlərinin təkmilləşdirilməsi və bu sahədə ölkəmiz tərəfindən əldə olunan uğurlar diqqətə çatdırılıb.

    İclasda EHİM-in direktoru Fariz Cəfərov müşahidəçi qismində Komitənin Bürosuna üzv seçilib.

Süni intellekt üzrə Komitəyə bütün üzv dövlətlərin nümayəndələri daxildirlər. Komitənin plenar iclaslarında, həmçinin Avropa Şurasının (AŞ) müvafiq struktur qurumlarının, Avropa İttifaqı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı,  İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış agentliklərinin, müşahidəçi dövlətlərin təmsilçiləri, vətəndaş cəmiyyəti qurumları və AŞ tərəfdaşları olan internet şirkətlərinin mütəxəssisləri iştirak edirlər. 

2020-ci ildə Süni intellekt üzrə Komitənin Büro görüşlərinin və növbəti plenar iclaslarının keçirilməsi planlaşdırılır. 

5 1

4 1 13 2

Son xəbərlər
Digər xəbərlər