6 C
Baku
Sunday, December 15, 2024

Plastik kart əvəzinə barmaqdan istifadə

Yaxın gələcəkdə bir şəxs bankomatdan pul çıxarmaq istədikdə barmağını skannerə yaxınlaşdırmağı kifayət edəcək.

İqtisadi Təşəbbüslərə Dəstək İctimai Birliyinin eksperti Samir Əliyev verdiyi müsahibəsində bildirmişdir: “Dünyada nağdsız ödənişlərin inkişaf etməsi şərtlərində yeni təhlükəsizlik sistemləri yaradılır. Nağdsız ödənişlər sistemi bütün dünya üzrə nə qədər çox inkişaf edərsə, bir o qədər də kiber cinayətkarlıq üçün potensial məqsədə çevrilir. Lakin hələ ki, plastik kartların təhlükəsizlik sistemi pin koddan ibarətdir.

Bununla yanaşı, bir çox xarici saytların qeyd etdiyinə görə, maqnit zolaqlı, daxili çipli plastik kartlar yavaş-yavaş keçmişdə qalır. Bunun əvəzində biometrik oxuculardan istifadə edilməsi daha aktual və müasir bir üsuldur. Bu cihazlardan biri Hitachi şirkəti tərəfindən yaradılmış scanner oxucu Finger Vein cihazıdır və barmaqdakı qan damarlarının təsviri ilə işləyir. Yapon mühəndislər Itcard S.A şirkəti ilə ortaq olaraq Polşa banklarında servis xidmətləri təqdim edir və hazırki yeniliyin bütün Avropa ölkələrində yerləşdirilməsi üzərində işləyirlər.

Bu cihaz quraşdırılmış bankomatdan pul əldə etmək istəyən şəxs öz barmağını scannerə yaxınlaşdırmalıdır. Bu zaman onun öz plastik kartından və pin kodundan istifadə etməsinə heç bir ehtiyac yoxdur. Planet Cash adını almış layihə tək 2014-cü il ərzində Polşada 1730 bankomatda bu cihazların quraşdırılmasını nəzərdə tutub. Biometrik üsullar vasitəsilə nağdlaşdırılma artıq bir çox Polşa banklarında, həmçinin Türkiyə və Yaponiyada sınaqdan keçirilir. ABŞ-da bu yeniliklərdən kənar qalmır. Burada da scanner oxucu tipli bankomatlara rast gəlmək mümkündür. Biometrik sistem İsveçdə də sınaqdan keçirilir. Burada 15 mağaza və restoran müştəriləri əllərinin bir hərəkəti ilə hesabı ödəyə bilərlər.

Azərbaycan da həmçinin bu təcrübənin təbiq edilməsini nəzərdən keçirə bilər. Samir Əliyev bildirmişdir: “Hələ ki, Azərbaycanda bu xidmətə tələbat yoxdur. Azərbaycanda nağdsız ödənişlər sistemi bir o qədər də yüksək inkişaf etmədiyinə görə, ölkəmiz daha az kiber cinayətkarlıqla üzləşir. Lakin dünya dinamik olaraq inkişaf edir. Nağdsız ödənişlərin inkişaf etdirilməsi Azərbaycan hökumətinin prioritetlərindən biridir. Bununla əlaqədar olaraq, bir neçə ildən sonra Azərbaycanın daha müasir təhlükəsizlik sisteminə ehtiyac duyacağına heç bir şübhə qalmır”.

Son xəbərlər
Digər xəbərlər