İsveçrədə yaşayan livanlı biznesmen Abdalla Şatila Adolf Hitlerin şəxsi əşyalarını alaraq onları İsrailə hədiyyə edib.
“The Times of Israel” xəbər verir ki, milyonçu əşyaları “Keren ha-Yesod” təşkilatına təklif edib.
Şatilanın sözlərinə görə, o Almaniyada keçirilən qalmaqallı hərracda bu əşyaları alaraq onların neofaşistlərin əlinə düşməsinin qarşısını alıb.
“Ultrasağçı populizm və antisemitizm Avropada yayılmaqdadır. İstəməzdim ki, bu əşyalar çirkin niyyətli insanların əlinə düşsün”, – deyə livanlı milyonçu bildirib.
Ümumilikdə 10 lota biznesmen 545 min avro xərcləyib. Əşyaların içində Hitlerin papağı, portsiqarı, çap makinası, eləcə də “Mein Kampf” əsərinin gümüşü nəşri vardır.
Oxu.az