ABŞ və Çin arasında gedən ticarət danışıqlarının razılaşma ilə nəticələnməsi sual altındadır, tərəflər bir sıra çətinliklərlə üzləşiblər. Bu haqda Reuters məlumat verib.
Xatırladaq ki, oktyabr ayında ABŞ prezidenti Donald Tramp, ticarət danışıqlarının birinci mərhələsindən sonra ikinci mərhələyə keçmək niyyətində olduğunu bildirmişdir. Qeyd edildiyi kimi, danışıqların ikinci mərhələsi ABŞ-ın Çinin Amerikanın əqli mülkiyyətini oğurlamaqda, bununla da amerikan şirkətlərini texnologiyalarını çinli rəqiblərə satmağa məcbur etməkdə ittiham edəcək.
Lakin qarşıda gələn 2020-ci il prezident seçkiləri, danışıqların “birinci mərhələsi” nin uğurla başa çatmasına mane olduğundan, tərəflərin hər hansısa razılaşmaya nail olması qeyri-mümkün görünməyə başlayıb.
Pekin rəsmiləri ticarət danışıqlarının “ikinci mərhələsi” nə keçmək niyyətində olmadıqlarını bildiriblər, çünki onlar prezidentin postda qalıb-qalmayacağını bilmək istəyirlər.
Tramp administrasiyanın məmuru qeyd edir ki, prezident üçün əsas prioritetlərdən biri danışıqların “birinci mərhələsi” nin razılaşmasını bağlamaqdır, hansıki Çinin ABŞ-dan kənd təsərrüfatı məhsullarını idxal etməsini nəzərdə tutur.
“Vesti.Ekonomika” nın daha əvvəl verdiyi məlumata görə, ÇXR-in sədri Xi Jinping ölkənin ABŞ ilə aralıq müqavilənin bağlanmasını və ticarət müharibəsinin qarşısını almaq istəyir. Buna baxmayaraq, siyasətçi lazım olduqda müvafiq tədbirlər görməkdən qorxmadığını bildirib.
ÇXR-in Dövlət Şurasının vitse-premyeri Lu Xe, ABŞ-ın tələblərindən təəccübləndiyini və ticarət danışıqlarının birinci mərhələsini başa çatacağını bildirib.