10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın ən böyük günəş elektrik stansiyası Ələtdə tikiləcək

Azərbaycan Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən alternativ enerji mənbələrinin inkişafı çərçivəsində 8 coğrafi ərazi üzrə hərraca çıxarılacaq layihələrindən ən irisi – gücü 1 300 MVt olacaq, Ələt qəsəbəsinin 2 km cənubunda yerləşəcək günəş elektrik stansiyasıdır.

AERA-dan verilən məlumata görə, 2 600 hektar ərazidə yerləşəcək günəş elektrik stansiyanın illik istehsal edilməli olan enerjinin həcmi 1 725 KVt-saatdır.

Qeyd olunan 8 layihə üzrə ümumi gücündən 2 825 MVt-ı günəş, 442,2 MVt-ı isə külək elektrik stansiyaların (3-ü günəş, 5-i isə külək elektrik stansiyası) payına düşəcək.

Məlumata əsasən, alternativ və bərpa olunan enerji üzrə digər iri obyekt – 1 100 MVt gücündə, Hacıqabul rayonunun Atbulaq kəndinin 5 km şimal-şərqində 2 200 hektar ərazidə yerləşəcək. Bu enerji obyektinin illik istehsal edilməli olan enerjinin həcmi 1 460 mln. KVt-saatdır.

Üçüncü günəş elektrik stansiyası Abşeron milli parkının yaxınlığında, Abşeron yarımadasında 850 ha ərazidə yerləşəcək. Bu stansiyanın gücü 425 MVt, illik istehsal ediləcək enerjinin həcmi isə 579 mln. KVt-saat təşkil edəcək.

Qeyd edək ki, Azərbaycanda alternativ enerji mənbələrinin inkişafı çərçivəsində 8 coğrafi ərazi üzrə hərraca çıxarılacaq layihələrin ümumi gücü 3 267,5 MVt təşkil edir. Layihələr üzrə ilk hərracın keçirilməsi 2020-ci ilin birinci yarısında  planlaşdırılır.

©APA-Economics

Son xəbərlər
Digər xəbərlər