“HCL Technologies Azerbaijan” şirkəti nizamnamə kapitalını azaldır.
Banker.az xəbər verir ki, Kreditorlarına “HCL Technologies Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiləri 25.11.2019-ci il tarixdə Cəmiyyətin nizamnamə kapitalının 300000 ABŞ dolları məbləğindən 1000 ABŞ dolları məbləğinə azaldılmasına dair qərar qəbul edib.
Bununla bağlı olaraq, “HCL Technologies Azerbaijan” MMC-nin kreditorları bu məlumatın dərc edildiyi gündən 30 gün ərzində öz tələblərini AZ1025, Bakı şəhəri, Xətai rayonu, Nobel Prospekti 15, Azure Business Center, mərtəbə 15, ofis 98 ünvanında həftənin iş günləri, Bazar ertəsindən Cüməyədək, saat 10:00-dan 18:00-dək irəli sürə bilərlər.
Qeyd edək ki, bu şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi, ev 12/14, m.30, qanuni təmsilçisi isə Orxan Mövsüm oğlu Bəydiyevdir.