-1 C
Baku
Sunday, December 15, 2024

Dünyanın aparıcı əskinas istehsalçısı müflis olmaq üzrədir

Böyük Britaniyanın və dünyanın 198 illik tarixə malik əsginas istehsalçısı “De La Rue” şirkəti müflis olmaq üzrədir. 

Bu barədə xarici mətbuata istinadən xəbər verilir. 

Məlumata görə, şirkət təkcə bu ilin aprel-sentyabr aylarında 9,2 funt sterlinq zərərlə üzləşib, onun xarici borcları isə illik müqayisədə 58,7% artaraq bu il iyulun 1-nə 170,7 milyon funt sterlinqə çatıb. 

Xatırladaq ki, “De La Rue” 1821-ci ildə yaradılıb. Şirkət ilk öncə Mavritaniya üçün əsginaslar hazırlayır. Hazırda isə kommersiya qurumu İngiltərə Mərkəzi Bankı (BoE) da daxil olmaqla 140 mərkəzi banka xidmət göstərir və dünyadakı əsginasların 1/3-ni istehsal edir.

Report

Son xəbərlər
Digər xəbərlər