6 C
Baku
Sunday, December 15, 2024

Bank BTB “İnternet Bankinq”-də avtomatik ödənişlər funksiyasını istifadəyə verib®

Bank BTB müştərilərinə rahat həllər təklif etməkdə davam edir. Belə ki, İnternet Bankinq xidmətinə əlavə edilmiş yeni funksiya vasitəsilə indi həm hüquqi şəxslər, həm də fərdi sahibkarlar ödənişlərini avtomatik şəkildə həyata keçirə biləcəklər. 

Müştərilərin istifadəsinə verilmiş bu funksiya imkan yaradır ki, müştərilər icarə haqqı, xidmət haqqı, gömrük, vergi və digər cari ödənişləri avtomatik şəkildə həyata keçirsinlər. Yalnız cari hesabdan çıxılan bu ödənişlər müştəri istəyindən asılı olaraq günlük, həftəlik, aylıq və rüblük şəkildə rəsmiləşdirilə bilər. 

Bu xidmətdən faydalanmaq üçün müştərilər www.btb.az saytına daxil olaraq İnternet Bankinq hissəsindən şəxsi kabinetinə keçid almalıdırlar. Daha sonra, açılmış pəncərədə köçürmələr hissəsindən bütün məlumatları, həmçinin, ödənişin avtomatik çıxılması üçün məbləği və müddəti (günlük, həftəlik, aylıq və rüblük) qeyd etməlidirlər. Doldurulan ödəniş tapşırıq forması müştəri və bank tərəfindən təsdiq edildikdən sonra proses başa çatmış hesab olunur. 

Bank BTB rəqəmsal alətlərin yaratdığı imkanları məhsul və xidmətlərinə tətbiq etməklə müştəri rahatlığını təmin etməyə davam edir.

Bank xidmətləri haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtbwww.instagram.com/bankbtb/ ünvanlarında olan Facebook və Instagram səhifələrindən ətraflı məlumat almaq mümkündür.

Son xəbərlər
Digər xəbərlər