Son günlər tələbələr arasında magistraturaya qəbul imtahanlarının II mərhələsinin ləğv olunacağına dair məlumatlar yayılıb.
Bəzi tələbələrin sözlərinə görə, müəllimlərin əksəriyyəti onları II mərhələ üzrə hazırlaşdırmaqdan imtina ediblər.
Mövzuyla bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, magistraturaya qəbul imtahanlarına dəyişikliklərin edilməsiylə bağlı yeni qaydalar müzakirə olunma mərhələsindədir.
Məlumatda qeyd olunur ki, imtahanda yeniliklərin edilməsi istiqamətində müəyyən təkliflər var. Müzakirələr başa çatdıqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək.
Modern.az