6 C
Baku
Sunday, December 15, 2024

Yeni orfoqrafiya lüğətində 97 min söz saxlanılıb

“Hazırda yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” “Elm” nəşriyyatındadır”.

Bunu  açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, lüğətdən lüzumsuz, qondarma sözlər, çətin anlaşılan ərəb və fars sözləri çıxarılıb: “Güman edirəm ki, lüğət ilin sonuna qədər çapdan çıxacaq. Əvvəl lüğətdə 110 min söz var idi, indi isə 97 min. Əlavə də azı 4000-ə yaxın söz əlavə olunub. Müəyyən sözlər çıxarılıb, müəyyən sözlər də əlavə olunub”.

©Report

Son xəbərlər
Digər xəbərlər