London metrosundakı hava bütün dünyada ən çirkli hesab olunur. Bu barədə “The Times” qəzeti yazıb.
Britaniya metropolitenində havanın çirklilik səviyyəsi şəhərdəkini 15 dəfə üstələyir. Kral kollecinin tədqiqatçıları qeyd edirlər ki, “Viktoriya” və “Şimali” xəttlərdəki situasiya digərlərindən daha acınacaqlıdır.
Tədiqatçılar bu cür çirklənməni təkərlərin relslərə sürtünməsi, eskalatorların işləməsi, eləcə də havalandırmanın yetərincə effektiv olmaması ilə izah edir. Qoruyucu tədbirlər kimi stansiyalarda sərnişinlər və dəmiryolu xətləri arasında xüsusi konstruksiyaların yerləşdirilməsi təklif olunur. Qafqazinfo.az