-1 C
Baku
Sunday, December 15, 2024

KSM – güc vasitəsi, yoxsa idarəçiliyinin bir hissəsidir? – ARAŞDIRMA

Korporativ sosial məsuliyyət (KSM) özəl müəssisələrin cəmiyyətin maraqlarını nəzərə alaraq, etdikləri fəaliyyətlərin sifarişçilərə, işçilərə, yerli təşkilatlara, səhmdarlara və ictimai sahənin başqa maraqlı tərəflərinə təsiri üçün məsuliyyəti öz üzərlərinə götürməsini nəzərdə tutan bir konsepsiyadır. KSM cəmiyyət və ətraf mühitin qorunması və təkmilləşdirilməsinə yönəlmiş könüllü davranış mədəniyyəti hesab olunur.

Dünya ictimaiyyəti korporativ sosial məsuliyyət anlayışından təqribən 1970-ci illərdən istifadə etməyə başlayıb. Belə ki, bu illərdən etibarən müxtəlif təşkilatlar yalnız işçilərinin deyil, həm də ictimaiyyətin və ətraf mühitin rifahına dair könüllü öhdəliklər qəbul etməyə başladılar. İlk KSM fəaliyyətləri müxtəlif fövqəladə hadisələr, ekoloji qəzalar, fəlakətlər səbəbilə həyata keçirilib. Getdikcə bu fəaliyyətlər daha geniş sahələri əhatə etməyi başladı və korporativ sosial məsuliyyət və dayanıqlı inkişaf adı altında birləşdi. Daha sonralar isə “domino effekti” ilə bütün dünyaya yayıldı.

Hazırda bütün dünyada olduğu kimi Azərbaycanda da müxtəlif şirkət və ya banklar tərəfindən korporativ sosial layihələr həyata keçirilir. “Report“ Azərbaycanda bu layihələrin əsasən hansı sahələri əhatə etdyini, ölkəmizdə KSM təcrübəsinin hansı səviyyədə olduğunu, bu sahə ilə bağlı çatışmazlıqları və görülməli işləri araşdırıb.

Marketoloq Xəyal Abdullayev  verdiyi açıqlamada bu tip layihələrin keçirilməsində daha çox iri şirkətlərin maraqlı olduğunu bildirib: “Özəl sahədə korporativ sosial layihələrə üstünlük verilməsi sektorlara görə dəyişir. Banklar, sığorta şirkətləri, böyük istehsal müəssisələri belə layihələrə daha çox önəm verir, bu istiqamətdə müxtəlif addımlar atırlar. Geniş sosial layihələr həyata keçirən müəssisələrə misal olaraq əsasən “Paşa Sığorta”, “Paşa Bank”, “Kapital Bank”, “Beynəlxalq Bank”, “Azərsun Holdinq” və digərlərini göstərmək olar. Lakin bununla belə, Azərbaycanda bu sahənin ümumi vəziyyətini tam qənaətbəxş hesab etmək olmaz. Çünki bəzi sahibkarlar sosial məsuliyyət məsələlərinə çox da önəm vermirlər. Onları daha çox şirkətin gəlirləri maraqlandırır. Əslində isə belə layihələrdən mənfəət gözlənilməməlidir. Bu tip sosial layihələrdə məqsəd bir tərəfdən cəmiyyətdə şirkətin müsbət imicinin formalaşdırılması, digər tərəfdən isə ölkənin sosial inkişafına bir şirkət olaraq töhfə vermək olmalıdır. Belə layihələrin genişləndirilməsi məqsədilə şirkətlər tərəfindən maarifləndirici təlimlər keçirilməlidir. Amma belə layihələrin kiçik və orta şirkətlər üçün sərfəli olduğunu düşünmürəm. Sosial layihələr müəyyən qədər maliyyə vəsaiti tələb etdiyinə görə onunla adətən iri şirkətlər məşğul olur.

Marketoloq Xəyal Abdullayev:

“Şirkətlərdə KSM layihələrin keçirilməsi üçün ayrıca şöbə yaradılmalıdır”.

Bizdə bu sahədə çatışmazlıq yaradan digər məsələ sahə üzrə ixtisaslaşmış şəxslərin sayının az olmasıdır. Bundan əlavə, müəssisələrdə sözügedən layihələrlə adətən marketinq və ya ictimaiyyətlə əlaqələr şöbələri məşğul olur. Halbuki korporativ sosial layihələrin həyata keçirilməsi üçün ayrıca bir şöbə ayrılmalıdır. Çünki bu layihələr kommersiya məqsədi daşımır”.

BP-Azərbaycan” şirkətindən verilən məlumata görə isə şirkətin Azərbaycanda sponsorluq etdiyi sosial layihələrə bu ilin ilk üç rübündə 0,7 milyon dollar xərclədiyini bildirilib: “Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

85d5ef4e 0f13 44b2 9ece 628e0476fdd2

2019-cu ilin ilk üç rübü ərzində BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə təkcə Azərbaycanda 2,2 milyon dollar xərcləyiblər.

Ümumilikdə isə BP özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından Azərbaycanda sosial layihələrə 84 milyon dollardan artıq sərmayə qoyub.

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.

Bundan əlavə, BP ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 2019-cu ilin ilk üç rübü ərzində 0,7 milyon dollar vəsait xərcləyib”.

Veysəloğlu” şirkətindən isə şirkətin təhsil, idman və şəhid ailələrinə dəstək istiqamətində sosial layihələr həyata keçirdiyi qeyd olunub: “”Veysəloğlu Şirkətlər Qrupu” korporativ sosial məsuliyyətli bir təşkilat olaraq sosial məsuliyyət layihələrinə çox mühüm yer verir. Sosial məsuliyyət layihələri 3 istiqamətdə aparılır. Təhsil, idman və şəhid ailələrin dəstək.

İdman istiqaməti üzrə şahmat idman növü prioritet qəbul olunub. Azərbaycanın öndə gedən və bu yaxınlarda Dünya Çempionu adını qazanan Aydın Süleymanliya 8 yaşından etibarən şirkət  həm maddi həm mənəvi dəstək göstərir. Təhsil sahəsində artıq iki ildir ki, “Gələcəyini Qur” adlı layihəyə qoşulub. Layihə ali məktəblərə daxil olmaq istəyən abituriyentlərə yönəldilib. Layihəyə görə şirkət regionlardan olan 24 abiturientə dəstək olur. Onların butun üniversitetə hazırlıq xərclərini qarşılayir. Üçüncü istiqamət isə şəhid ailələrinə dəstəkdir. Eyni zamanda şirkət daxildə əməkdaşlarının dəstəyinə də yönəldilmiş aksiyalar təşkil edir”.

c64a2569 7f33 469d be27 3314d9fe4b79

Atabank”dan verilən məlumatda da bankın həyata keçirdiyi sosial layihələr sadalanıb: “AtaBank ASC korporativ idarəetmə standartları çərçivəsində cəmiyyət, müştərilər və öz işçiləri qarşısında olan korporativ sosial məsuliyyətinə daim önəm verir və bank tərəfindən mütəmadi olaraq bir çox tədbirlər həyata keçirilir.

Hər il olduğu kimi “AtaBank” Korporativ Sosial Məsuliyyət çərçivəsində bir çox layihələr həyata keçirdi. Bunlardan “Həyat naminə qan ver” şüarı altında keçən qanvermə aksiyası, aprel döyüşlərində yaralanmış hərbçimizin kredit borcunu bağışlanması, Bayraq Günü sığınacaqdakı uşaqlarla görüş keçirilməsini qeyd edə bilərik.

“Həyat naminə qan ver” şüarı altında keçən qanvermə aksiyası hemofiliya və talassemiyadan əziyyət çəkənləri qanla təmin etmək məqsədi daşıyır. Qarabağ uğrunda gedən Aprel döyüşlərində yaralanmış hərbçimizin kredit borcunun bağışlanması Bank olaraq vətənin çətin günlərində düşmənə sinə gərənlərin sosial durumunu nəzərə alınaraq atılmış addımlardan biridir. Bayraq Günü sığınacaqda uşaqlarla görüş isə məişət zorakılığından əziyyət çəkmiş və ya valideyn himayəsindən məhrum olan uşaqların ehtiyac və arzularına diqqət yetirmək, onları sevindirmək məqsədi ilə keçirildi. Qeyd edək ki, “Həyat naminə qan ver” şüarı altında keçən qanvermə aksiyası Mərkəzi Qan Bankının peşəkar tibb kollektivi ilə birgə həyata keçirilib”.

Bankdan eyni zamanda bildirilib kiKSM proqramları şirkətin öz biznes sahələri ilə birbaşa əlaqələndirilməməlidir: “KSM, marketinq güc vasitəsi deyil, şirkətin üst səviyyə idarəçiliyinin bir hissəsidir. Buna görə də məqsəd və strategiyalar olmalıdır, resurs sistemli bir şəkildə tətbiq olunmalıdır”.

                                                                                                                           Report

Son xəbərlər
Digər xəbərlər