Uzun müddətdir ki, dünya indekslərinin böyüməsinin yeganə drayveri ABŞ və Çin arasında ticarət müqaviləsinin bağlanması ilə əlaqəli olan gözləntilər olub. Bazar tərəflərin verdiyi vədlərə artıq inanmır.
Əhval-ruhiyyə qısa zamanda dəyişib. Hələ bazar ertəsi günü səhər tezdən investorlar optimistik proqnozlar verirdilər, lakin sonra informasiya fonu mənfi çalalar aldı.
Bu yaxıda amerikan fond indeksləri yenidən düşüb. “Dow Jones” bir faiz itirərək, ay ərzində minimum səviyyəyə düşüb.


Bunun fonunda alıcıların sayı kəskin azalmışdır. Tərəflərin ümumi razılığa gəlib müqavilə bağlamalarına inam azalır.

“Bu yaxınlarda baş verən hadisələr, ticarət müqaviləsinin baha başa gəlməsinə gətirib çıxarır. Buna görə də yaxın bir-iki ayda müsbət nəticələrin əldə edilməsini gözləmirəm”, – deyə “Deepblue Global Investment” in investisiya direktoru Tunli Xan qeyd edir.









