Həmişə olduğu kimi, söhbət opsionlar bazarından gedir. Ayrı-ayrı iştirakçıların iri “uduşlarını” yalnız orada izləmək mümkündür. Əsrarəngiz treyder, növbəti altı həftə ərzində ABŞ fond bazarında kəskin eniş gözləyirdi və bazar ertəsi günü S&P 500 indeksinin 4,5% düşəcəyinə bahis etdi.
O, 16 min yanvar opsionunu alaraq, bunun üçün nə az, nə çox 32 milyon dollar xərcləyib.

İndekslərin aşağı düşdüyünü nəzərə alsaq, bu treyder çox yaxşı qazanc əldə etmiş olub.
Yeri gəlmişkən, növbəti gün bu opsionlar yenidən aktiv vasitələrə çevrilib. Görünür, eyni adam geri qayıdıb, amma bu dəfə mövqeyinin yarısını bağlamaq məqsədilə.

Mövqeyinin yarısını bağlamaq qərarı da olduqca məntiqli görünür. Əslində, o, xərclədiyi pulları geri qaytarmış olub və indeksin daha da aşağı düşməsinə bahis edərək, özünü riskə atmır.

Digər tərəfdən, yaxın gələcəkdə mikroiqtisadi statistika, o cümlədən əlbəttə ki, ABŞ-ın əmək bazarına dair hesabat çıxacaq. Ənənəyə görə, sənəd dekabr ayının ilk cümə günündə dərc edilir.
Qeyd edək ki, bu statistika investorlar üçün böyük əhəmiyyət kəsb edir, çünki bazarlarda dəyişkənliyi artırır və trendin istiqamətini dəyişdirir.








