Azərbaycanın böyük səhmdar cəmiyyətlərindən biri “Aqrolizinq” ASC minik avtomobili alıb.
Banker.az xəbər verir ki, bu barədə müqavilə ölkədə lüks avtomobillər satışı ilə məşğul olan “Lexus Baku” ilə bağlanıb və müqaviləyə əsasən “Aqrolizinq” bir minik avtomobili əldə edəcək.
Müqaviləyə istinad etsək bu avtomobilin dəyəri 298 min manat təşkil edir. Avtomobilin hansı modeldə olması ilə bağlı məlumat yoxdur.