“Növbəti il üçün qəbul imtahanlarının vaxtı müəyyən olunmasa da, müzakirə olunur”.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, 2020-ci ildə Bakı “Formula-1” yarışları ilə yanaşı, Avropa çempionatı oyunlarına da ev sahibliyi edəcək: “Ölkədə kütləvi tədbirlər keçirilən zaman qəbul imtahanlarının da keçirilməsi çox mürəkkəb olur. Bakıda keçiriləcək kütləvi tədbirlərin vaxtı müəyyən edildikdən sonra qəbul imtahanlarının da tarixlərini elan edə biləcəyik”
©Report