Abşeron sakininin bank hesabından pul çıxarılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il oktyabrın 29-dan noyabrın 6-dək olan müddətdə Masazır qəsəbə sakini R.Abbaslının bank hesabından 300 manat çıxarıb oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş O.Cəlilov saxlanılıb.
©Report