5 C
Baku
Saturday, December 14, 2024

20 dəqiqə qaydası…

20 dəqiqə ərzində qətiyyən etmək istəmədiyiniz bir işin öhdəsindən gələ bilərsiniz. Bu nəyisə başlamaq üçün ən yaxşı vasitə, tənbəlliklə mübarizə və motivasiyanı yüksəldən bir üsuldur.

20 dəqiqə qaydası:

Gün ərzində 20 dəqiqə idmanla məşğul olan şəxs öz sağlamlığı ilə bağlı narahat olmaya bilər.

20 dəqiqəsini evinin təmizliyinə sərf edən şəxs səliqəsizllikdən əziyyət çəkməyəcək.

20 dəqiqəsini diqqətinin yaxşılaşdırılmasına ayıran şəxs, yaradıcılıqla bağlı böhran yaşamaqdan qorxmayacaq.

Gün ərzində 20 dəqiqəsini həyat yoldaşını dinləməyə ayıran şəxs, münasibətlərdə problem yaşamaqdan uzaq olacaq.

Gün ərzində 20 dəqiqəsini özünü dinləməyə və şəxsi qeydlər aparmağa ayıran şəxs, ideya çatışmazlığından əziyyət çəkməyəcək.

Gün ərzində 20 dəqiqə gəlir mənbəyi yaratmaq barədə düşünən insan, öz maliyyə rifahı barədə narahatlıq yaşamayacaq.

20 dəqiqəsini istirahətə ayıran şəxs gərginlikdən və yorğunluqdan uzaq olacaq.

Gün ərzində 20 dəqiqə hər hansı bir faydalı kitab oxuyan şəxs, necə mütəxəssis olmaq barədə düşünməyəcək.

Son xəbərlər
Digər xəbərlər