Azərbaycan Prezidenti İlham Əliyev 5 dekabr 2019-cu il tarixdə Milli Məclisin növbədənkənar seçkilərinin təşkili üçün sərəncam imzalayıb.
Banker.az xəbər verir ki, Prezidentin sərəncamı ilə MM-in buraxılmasına dair qərarı təsdiq edib.
“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edilsin” – deyə, sərəncamda qeyd edilir.
Qeyd edək ki, YAP-ın Siyasi Şurasının 28 noyabr 2019-cu il tarixində iclasında Milli Məclsisin buraxılmasına dair prezidentə müraciət edilib.
Ötən gün yeni təyin olunan icra başçılarını qəbul edərkən isə Prezidentdən ilk açıqlama gəlib və “Milli Məclis yenidən formalaşacaq – Bütün bunların bir məqsədi var” deyə bildirib.