Azərbaycan Respublikası Nazirlər Kabinetində yeni təyinat olub.
Banker.az saytının əldə etdiyi məlumata görə, Feyruz Mustafayev-in Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri vəzifəsinə təyinatı təsdiqlənib.
Qeyd edək ki, NK-nin strukturundakı yenilənməyə qədər bu şöbənin adı Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsi gedirdi və uzun müddət idi ki, vəzifə vakant olaraq qalırdı.
Buna qədər isə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin baş məsləhətçisi kimi çalışıb.