OPEC+ ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsi (JMMC) qış mövsümünü nəzərə alaraq birinci rüb ərzində neft hasilatını daha 500 min barel azaltmağı tövsiyə edib. Hər bir ölkə üçün kvota müəyyən ediləcək.
“Biz sazişin icrasının nəticələrini nəzərdən keçirdik. Bütün ölkələrə 2018-ci ilin dekabr ayında müəyyən edilmiş öhdəlikləri yerinə yetirmələri tövsiyə olunub, ötən ilki kvotalar 2020-ci il aprelin 1-dən qüvvədə olacaq”, – deyə Rusiyanın energetika naziri Aleksandr Novak qeyd edir.
Xatırladaq ki, 5-6 dekabrda OPEC+ ölkələrinin iclası keçiriləcək, görüş zamanı 2020-ci ilin mart ayının sonuna qədər qüvvədə olan və hasilatın 1,2 milyon barel azaldılmasını nəzərdə tutan müqavilə müzakirə ediləcək.
Səudiyyə Ərəbistanının səlahiyyətliləri neft hasilatının “ən az” 400 min barel azaldılmasını istəyirlər.