12 C
Baku
Tuesday, October 1, 2024

AMB valyuta ehtiyatlarının həcmini açıqladı

Onların həcmi 2014-cü ilin sonuna planlaşdırılmış məbləğin 94,31%-ni təşkil edib.

Azərbaycanın Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları keçən ay ərzində də artmağa davam edib.

AMB-nin iyun ayının 1-nə olan məlumatına görə, valyuta ehtiyatlarının həcmi 15,09 milyard ABŞ dolları olub, bu isə 2014-cü ilin sonuna planlaşdırılmış məbləğin 94,31%-ni təşkil edib.

May ayı ərzində valyuta ehtiyatlarının artımı 1,28% (0,22 mlrd. ABŞ  dollar), 2014-cü ilin başlanğıcından beş ay ərzində isə ehtiyatların artımı 6,64% (0,94 mlrd. ABŞ dollar) olub.

2014-cü ilin nəticələrinə görə, valyuta ehtiyatlarını 16 milyard dollara çatdırmaq planlaşdırılıb.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər