Sadə maliyyə planını 0 manatla və 5-10 dəqiqə ərzində yarada bilərsiniz. Budur, qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün istifadə edə biləcəyiniz əsas addımlar bunlardır:
Aylıq gəlirlərinizi hesablayın (şəxsi və yaxud ailə büdcəsi). Gəlirləriniz xarici amillərdən asılıdırsa, çalışın bu gəlirlər üçün orta hədd təyin edəsiniz. Məsələn, gəliriniz 200-300 manat arasında dəyişirsə, bu həddi 250 manat olaraq təyin edin. Deməli bir ay üçün gəliriniz 250 manata bərabər olacaq.
Bu məbləğin 10%-ni ehtiyat yığım və yaxud investisiya üçün ayırın. Bu pulları gəliri əldə edən kimi, dərhal kənara qoymaq lazımdır. Çünki daha sonradan bu pulu xərcləyəcəyiniz bir çox sayda bəhanə tapacaqsınız.
Gəliri əldə etdikdən sonra kirayə haqqı, kommunal xərclər, kredit üzrə ödəməli olduğunuz məbləği müəyyən edin. İnanın ki, bu xərclər əvvəl siz düşündüyünüzdən daha çoxdur.
Bundan əlavə, sosial xərclərinizin həcmini müəyyən edin. Bunlar doğum günləri, mütəmadi görüşlər və s.dir və bunun üçün ayıracağınız məbləğ 50-70 manat arasında dəyişə bilər. Bütün xərclərinizdən sonra əlinizdə qalan məbləği 4.3-ə bölürsünüz və alınan məbləğ sizin həftəlik zərfininiz ölçüsüdür. Bu məbləği bir zərfə qoyursunuz və bu məbləğdən artığını xərcləməmək üçün əlinizdən gələni edirsiniz.
Əlbəttə ki, burada xərcləri idarə etməkdən başqa çətin heç nə yoxdur.
Lakin burada bir sual yaranır: Bəs planlaşdırılan məbləğdən az pul xərclədikdə nə etməli?
Qənaət etdiyiniz məbləği əyləncəyə və ümumiyyətlə ürəyinizin istədiyi hər bir şeyə xərcləyə bilərsiniz. Bununla yanaşı, bu məbləği gələn həftə üçün zərfə qoya və daha keyfiyyətli bir əyləncəyə xərcləyə bilrəsiniz.
Etiraf edək ki, düşünülməmiş edilən xərclərdən daha planlı hərəkətə keçmək ilk başda elə də asan məsələ deyil. Bu zaman ailənizin və yaxın dostlarınızın köməyinə ehtiyac duya bilərsiniz. Bir düşünün: Nə yaxşıdır? Düşünmədən pullarınızı küləyə sovurmaq, yaxud daha planlı şəkildə hərəkət etmək və məqsədinizə nail olmaq?
Comments are closed.