10 C
Baku
Thursday, December 12, 2024

Alıcı biznes kartla Pos-terminallardan ödəniş edib, sonra e-qaimə tələb edilə bilər?

Sual: Müqavilə əsasında A (ƏDV ödəyicisi olan fiziki şəxs) şirkəti B (ƏDV ödəyicisi olan hüquqi şəxs) şirkətinə mehmanxana xidməti göstərir. B şirkətinin əməkdaşı xidmətdən istifadə edir, xidmətin dəyərini (şəxsi əmək haqqı kartı və yaxud şəxsi plastik kartı ilə) tam şəkildə posterminal vasitəsi ilə ödəyir. Bunun müqabilində A şirkəti kassa çeki mehmanxana qəbzi verir. B şirkəti isə verilmiş sənədlərə əlavə olaraq ödənişin (şəxsi əmək haqqı kartı və yaxud şəxsi plastik kartı ilə) pos-terminal vasitəsi ilə ödənməsini əsas tutaraq E-VHF tələb edir. Yuxarıda qeyd etdiyim kimi ödəniş tam şəkildə pos-terminaldan ödənib. Sadəcə olaraq B şirkətinin şəxsi plastik kartı vasitəsi ilə. Sizcə bu düzgündürmü və qanunla necə tənzimlənir? (pos-terminal)

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur.

ƏDV-nin ödəyiciləri olmayan alıcılara pərakəndə mal göndərildikdə və ya xidmət göstərildikdə, elektron vergi hesab-fakturası əvəzinə qaimə-faktura və ya elektron qaimə-faktura və ya qəbz / çek verilə bilər.

Sorğunuzda qeyd olunanlara əsasən, müqaviləyə əsasən xidmətin alıcısı ƏDV ödəyicisi olan hüquqi şəxs olduğu üçün, xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturası təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 176-cı maddəsi.

Mənbə: taxes.gov.az

Son xəbərlər
Digər xəbərlər