7 C
Baku
Thursday, December 12, 2024

Çin “Tesla Model 3” avtomobillərinin istehsalına subsidiya ayıracaq

Çin hökuməti Şanqhaidə ABŞ markası olan “Tesla Model 3” avtomobillərinin istehsalına subsidiya ayırmaq qərarına gəlib.

Bu barədə açıqlama verən Sənaye və İnformasiyalaşma Nazirliyi adıçəkilən markanı hökumət dotasiyaları ilə istehsal edilə biləcək yeni enerji mənbələrə əsaslanan avtomobillərin siyahısına daxil edib. Subsidiyanın veriləcəyi “Tesla” müəssisəsində gələn ilin yanvarın 25-dən etibarən həftədə min ədəd avtomobil istehsal etmək nəzərdə tutulur.

Xatırladaq ki, yeni enerji mənbələrinə əsaslanan avtomobillər hybrid mühərriklə, elektrik akumulatoru ilə, yaxud hidrogenli yanacaqla işləyən avtomobillərdir. Çin hökuməti 2025-ci ilədək bu cür avtomobillərin satışlarını 25 faizə çatdırmağı hədəfləyir.

©Report

Son xəbərlər
Digər xəbərlər