2011 –ci ildə ölkədə “Azərbaycan gəncliyi 2011-2015- ci illərdə” adlı Dövlət Proqramı layihəsi keçirildi. Layihənin əsas məqsədi isə gənclərin sosial müdafiəsinin yaxşılaşdırılmasına və məşğulluğun artırılmasına haqqında idi.
Dövlət Proqramı qəbul olunmamışdan qabaq, AR Prezidenti İlham Əliyev gənclərlə görüşündə bildirmişdir ki: “ Dövlət Proqramında gəncləri narahat edən məsələlər öz əksini, öz həllini tapmalıdır. Proqram sadəcə olaraq, hansısa xoş niyyətin ifadə edilməsi üçün deyil, konkret nəticələrə gətirib çıxarmalıdı”.
Qeyd edək ki, layihə çərçivəsində 2011-ci ildən bu ilin 2-ci rübünə qədər 203 819 660 min manat kredit verilmişdir.
İllər üzrə dinamika aşağıdakı qaydadadır:
2011-ci il 252 934 927 manat
2012-ci il 344 086 639 manat
2013-cü il 430 900 411 manat
2014-cü il 456 754 586 manat
Gənclərin çoxunun ipoteka kreditlərindən faydalana bilməməsinin əsas səbəbi ilkin ödənişin ödənilə bilməməsi və maksimal məbləği götürmək üçün ( 50 min AZN) yüksək əmək haqqının tələb olunmasındadır. Gənclər ya bu səviyyədə əmək haqqı almır, yada əmək haqqının kiçik bir qismi rəsmi formadadırki buda İpoteka fondu tərəfindən qəbul edilmi – yalnız rəsmi təstiq olunan əmək haqqı nəzərə alınır.
Ekspert Ramil Osmanlının sözlərinə görə, “İlkin ödəniş ləğv olunacağı təqdirdə, sosial ipotekadan yararlananların sayı nəzərə çarpacaq dərəcədə artacaq. Çünki bu gün kifayət qədər gənc ailə var ki, ilkin ödəniş səbəbindən ipotekadan faydalana bilmir. Nəticədə onlar uzun illər kirayələrdə yaşamağa məcbur olurlar. Buna görə də ipoteka şərtlərinin sadələşdirilməsi və bazar tələblərinə uyğunlaşdırılması zəruridir”.