8 C
Baku
Friday, December 13, 2024

“Goldman Sachs” bankı 2020-ci ildə neft qiymətləri ilə bağlı yeni proqnozunu açıqlayıb

Amerikanın “Goldman Sachs” bankının mütəxəssisləri, 2020-ci ildə Brent markalı neftin qiymətinin 63 dollar olacağını proqnozlaşdırırlar. Bu haqda maliyyə institutunun məruzəsinə istinadən “Bloomberg” agentliyi məlumat verib.

Qeyd edildiyi kimi, proqnozdakı dəyişikliklər OPEC+ müqaviləsinin yeni şərtləri, o cümlədən tərəfdaş ölkələrin yanvarın 1-dən etibarən neft hasilatını gündə 1,7 milyon barelə qədər azaltmaq qərarına gəlməsi ilə bağlıdır.

Daha əvvəl bank analitikləri Brent markalı neftin qiymətinin 2020-ci ildə 60 dollar təşkil edəcəyini bildirmişdirlər. Uzunmüddətli proqnoz dəyişməz qalıb – bir barelə görə 55 dollar. Yeni hesablamalara görə, növbəti ildə WTI (Texas Light Oil) markalı neftin qiyməti 58,5 dollar təşkil edəcək.

“Goldman Sachs” bildirir ki, hasilatın azaldılmasına dair müqavilənin şərtləri Rusiya, İraq və Nigeriya tərəfindən tam yerinə yetirilməyə bilər.

Son xəbərlər
Digər xəbərlər