10 C
Baku
Tuesday, November 26, 2024

ABŞ-ı geridə qoymağa hazırlaşan ÇİN

Çin (əhalisi 1,34 milyard insan, ərazisi – 9 milyon kvadrat kilometrdən çox) nəhəng sayda faydalı qazıntı və qida məhsulları istehlak edir. Çinlilər sement istehsalında, siqaret səbəbilə dünyalarını dəyişməkdə, donuz əti və tez hazırlanan əriştə yeməkdə birinci yerdədirlər. Bununla yanaşı nəhəng ölkə cəmi bir saat qurşağına sahibdir.

Aşağıda sizə öz nəhəng iqtisadiyyatı ilə artıq bu il ABŞ-ı geridə qiya biləcək Çin haqqında ən maraqlı və bir o qədər də təəccüblü faktları təqdim edirik:

1. Çində qida çubuqlarına olan tələbatı ödəmək üçün hər il 20 milyon ağac məhv edilir. Yemək zamanı istifadə edilən bu çubuqları hazırlamaq üçün yaşı 20-dən çox olan ağaclar istifadə edilir.

2. Çində mövcud olan dəmir yolları Yer kürəsini iki dəfə dövr edə bilər. Burada dəmir yollarının ümumi uzunluğu 93 min kilometrdir. Yer kürəsinin bir dövrəsi isə 40 075 kilometrdir.

3. Çin iri həcmdə kömür ehtiyatına sahibdir  (115 milyard ton) və dünyada kömür ehtiyatına görə üçüncü pillədədir.

4. Çin iki il ərzində, ABŞ-ın XX əsr boyu istehsal etdiyi qədər sement istehsal edib və dünyada nəhəng sement istehsalçısıdır. Ölkə bütün planet üzrə 60% sement hazırlayır və istehlak edir.

5. Siqaret çəkmək hər il 1 milyon çinlini həlak edir. Bu Kiprin əhalisindən çoxdur (865 min nəfər). Dünya sağlamlıq təşkilatının proqnozlarına əsasən, 2050-ci ildə siqaret səbəbilə dünyasını dəyişən çinlilərin sayı 3 milyon nəfər olacaq.

6. Çində təbii qazın həcmi 1,24 milyard olimpiya üzgüçülük hovuzlarının həcminə bərabərdir. Ölkə 109,3 trilyon kub fut təbii qaz ehtiyatına sahibdir. Bununla da dünyada 13-cü yeri tutur.

7. Çinlilər 2011-ci il ərzində 42,5 qutu tez hazırlanan əriştə istehlak etmişlər.

8. Bununla yanaşı, çinlilər 2012-ci il ərzində 52 milyon ton donuz əti yemişlər.

9. Çinin 20 varlı şəxsi Macarıstandan daha varlıdır. Bu varlı çinlilərin ümumi sərvəti 141,5 milyard dollar təşkil edir ki, bu da Macarıstanın ÜDM-nu üstələyir. Macarıstanda nominal ÜDM 124 milyard dollardır.

10. 30 milyondan çox çinli mağaralarda yaşayır. Bu Səudiyyə Ərəbistanın əhalisindən çoxdur.

11. Çin hər il bütün dünyanı corab ilə təmin edə bilər. Çinin Datanq ərazisində hər il 8 milyard cüt corab istehsal edilir və bura qeyri-rəsmi olaraq “corablar şəhəri” adlandırılır.

12. Çində intihar halları ABŞ-da olduğundan iki dəfə çoxdur. Ölkədə 100 min əhaliyə 22,2 intihar halı düşür. ABŞ-da bu göstərici 10,3-ə bərabərdir.

13. Pekin standart vaxtı – ölkənin yeganə saat qurşağıdır. Əvvəllər burada 5 saat qurşağı olsa da, 1949-cu ildə cəmi bir saat qurşağı təyin edilir. Bununla ölkəni birləşdirməyə ümid edirdilər. İndi Çinin bəzi ərazilərində günəş yerli vaxtda saat 10-da çıxır.

14. Çində kənd təsərrüfatı məhsullarının istehsal həcmi 1978-ci il ilə müqayisədə üç dəfə artmışdır.

15. Çin istehlakçılarının xərcləri 2020-ci ilə qədər üç dəfə artacaq və 6,18 trilyon dollar təşkil edəcək. Çinin lüks məhsullar bazarı dünyada ilk pillədə olacaq və bir il üçün 245 milyard dollar təşkil edəcək.

16. Dünya üzrə donuzçuluq təsərrüfatının  yarı faizi Çinə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər